Menu

Rusiya S-300-ləri İrana göndərir

31.07.2015, 14:59
Rusiya S-300-ləri İrana göndərir

Prezidentin hərbi müşaviri: "Tehrana verəcəyimiz raketləri müasirləşdiririk".

Rusiya İrana verəcəyi S-300 raket sistemini müasirləşdirir.

Anspress-in məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putinin hərbi məsələlər üzrə müşaviri Vladimir Kozin bildirib.

O deyib ki, S-300 havadan müdafiə sistemləri İrana verilməmişdən əvvəl təkmilləşdiriləcək. Çünki əsas müqavilə çoxdan imzalanıb. Yaxın vaxtlarda raketlər göndəriləcək. Hərbi müşavir, raketlərin İrana nə vaxt çatdırılacağı barədə dəqiq tarix verməyib.

Ümumiyyətlə, Rusiya Qərbin təzyiqi altında 2010-cu ildə bu müqaviləni ləğv edib. Ancaq İranla dünya gücləri aralıq sazişi əldə edəndən sonra, bu ilin aprelində qadağanı götürüb. Moskva İrana sanksiyalar yumşaldılandan sonra iqtisadi və ticari faydalar götürməyi hədəfləyir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol