Menu

Bu gün “Mavi Ay” görünəcək - FOTO

31.07.2015, 15:29
Bu gün “Mavi Ay” görünəcək - FOTO

Nadir təbiət hadisəsi olan “Mavi Ay” bu gün yenidən görünəcək.

AMEA-dan APA-ya verilən məlumata görə, dünyada meydana gələn vulkanik partlayışlar və meşə yanğınları səbəbindən səmada toz buludları yaranır.

Bu toz buludlarının hərəkəti fonunda Ay mavi rəngdə görünür. “Mavi Ay” 2012-ci ilin avqust ayından sonra iyulun 31-də yenidən görünəcək.

Növbəti dəfə Yer sakinləri bu kosmik hadisəni 2018-ci ildə müşahidə edəcəklər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol