Menu

ABŞ Rusiyanın qonşusunu silahlandırır

31.07.2015, 18:51
ABŞ Rusiyanın qonşusunu silahlandırır

Latviya ABŞ-dan "Stinger" havadan müdafiə raketləri sistemini almaq niyyətindədir.

Bu barədə ölkənin Milli Silahlı Qüvvələrinin komandanı Raymonds Qraube Birləşmiş Ştatlara səfərin nəticələrinə əsasən məlumat verib.

"Biz havadan Müdafiə sisteminin alınması barədə məsələni müzakirə etdik. Nəticə belə oldu ki, Stingerlərin alınması daha məqsədəuyğundur", -deyə o Latviya televiziyasına müsahibəsində bildirib.

"Sazişin məbləği və alınacaq silahın həcmi barədə hələlik heç nə deyə bilmərəm. Lakin hər şey plan üzrə getsə silahların alınması prosesinə artıq gələn il başlanılacaq",-deyə Qraube əlavə edib.

Ordu komandanının sözlərinə görə, raketlərin Latviyanın Adaci hərbi bazasında yerləşdirilməsi nəzərdə tutulub. /anspress

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol