Menu

FHN dənizdə batan 3 nəfəri xilas edib

31.07.2015, 21:07
FHN dənizdə batan 3 nəfəri xilas edib

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Bakının Suraxanı rayonunda 1 nəfər dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşib. Vətəndaş Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilib.

Bundan başqa, Xəzər və Sabunçu rayonlarında dənizdə batmaq təhlükəsi ilə üzləşmiş daha 2 nəfər sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən sudan çıxarılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol