Menu

Latviya ABŞ-dan «Stinger» HHM sistemləri alacaq

31.07.2015, 23:12
Latviya ABŞ-dan «Stinger» HHM sistemləri alacaq

Xarici KİV-in yaydığı xəbərə görə, Latvia ABŞ-dan «Stinger» hava hücumundan müdafiə (HHM) raket sistemləri alacaq. Bu barədə Latviya milli silahlı qüvvələri komandanı Raymonds Qraube ABŞ-a səfərinin yekunları ilə bağlı söhbətində məlumat verib (TASS).

«Biz, HHM sistemləri almaq məsələsini müzakirə etdik. Bu məsələ çodan həll olunurdu. Qərar qəbul etdik ki, alınacaq sistem Stinger olsun. Hələlik, sövdənin ümumi məbləği və həcmi barədə konkret rəqəm yoxdur. Çünki bu məsələ Latviyanın gələn il üçün dövlət büdcəsinə təsir göstərəcək. Əgər hər şey planlaşdırıldığı kimi getsə, HHM sistemlərinin alınması barədə danışıqlara gələn il başlayacağıq » - deyə, komandan Latviya televiziyasına verdiyi müsahibədə qeyd edib.

Onun sözlərinə görə, güman ki, raketlər Latviyanın Adaji hərbi bazasında yerləşdiriləcək. «Bu, yerli əhalinin yaşamına heç bir təsir göstərməyəcək» - deyə, komandan vəd edib.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol