Xarici KİV-in yaydığı xəbərə görə, Kanada hərbçiləri Rusiyanın Ukraynadakı hərəkətləri ilə əlaqədar olaraq, 2016-cı ilin iyununa qədər NATO ölkələrinin Şərqi Avropadakı hərbi təlimlərində iştirak edəcək (Rosbalt).
«Kanada əvvəlki kimi, yenə də Mərkəzi və Şərqi Avropada sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi sahəsindəki çalışmalarında israrlıdır» - deyə, Kanadanın baş naziri Stiven Harperin bəyanatında qeyd olunur.
Bundan başqa, Şərqi Atlantika və Aralıq dənizi bölgələri üzərində NATO-nun patrul əməliyyatlarında Kanada hərbi-dəniz qüvvələrinin freqatları müntəzəm olaraq iştirak edir. Hal-hazırda burada «Vinnipeq» freqatı döyüş növbəsi çəkir.
AzPolitika.info


Şərhlər