Yəmənin baş naziri Xalid Mahfud Bəhah qiyamçı husilərin şəhərə hücumundan sonra qaçdığı Səudiyyə Ərəbistanından Ədən hava limanına gəlib.
Bu barədə SalamNews BBC-yə istinadla xəbər verir.
Bildirək ki, Yəmən Nazirlər Kabinetinin başçısı bir neçə ay idi ki, ölkədə deyildi.
Bundan əvvəl qiyamçı husilər Yəmənin nəzərəçarpacaq hissəsini ələ keçirərək bir sıra kabinet üzvləri ilə birgə Səudiyyə Ərəbistanına sığınan prezident Abdu-Rabbih Mansur Hadini qaçmağa vadar ediblər.
Lakin son ay ərzində hökumət ordusu qiyamçıları Ədən şəhərindən çıxarmağa müvəffəq olub.
Yəmən hökuməti və qiyamçılar arasında qarşıdurma 2014-cü ilin avqustunda gərginləşib.

Şərhlər