Menu

​Yəməndə 25 husi qiyamçısı öldürülüb, 19-u yaralanıb

02.08.2015, 10:46
​Yəməndə 25 husi qiyamçısı öldürülüb, 19-u yaralanıb

Yəmənin Məarib şəhərində "Ənsarullah" (husi) hərəkatının mövqeləri koalisiya qüvvələri tərəfindən bombalanıb. Nəticədə 25 qiyamçı öldürülüb, 15 nəfər yaralanıb, külli miqdarda silah-sursat məhv edilib.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, hərbi təyyarələr husilərlə Yəmənin keçmiş prezidenti Əli Abdulla Salehin tərəfdarlarının mövqelərinə 7 hava hücumu təşkil edib.

Bundan əlavə, Yəmənin mərkəzindəki Taiz şəhərində 4 husi qiyamçısı öldürülüb, 7-si yaralanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol