Menu

20 il əvvəl girov götürülən 54 nəfər azad edildi

02.08.2015, 11:21
20 il əvvəl girov götürülən 54 nəfər azad edildi

Qaçırılan qadınlar radikallar üçün uşaqlar dünyaya gətirirdilər.

Peruda təhlükəsizlik xidmətlərinin əməkdaşları “Parlaq yol” təşkilatının döyüşçüləri tərəfindən girov götürülən 54 nəfəri azad ediblər.

Oxu.az Associated Press-ə istinadən xəbər verir ki, terrorla mübarizə şöbəsinin rəhbəri general Xose Baelya bildirib ki, girovların əksəriyyəti 20 il əvvəl Puerto-Okopa şəhərində oğurlanmışdı. Qaçırılan qadınlar radikallar üçün uşaqlar dünyaya gətirir, sonra isə bu uşaqlar əsgər kimi istifadə edilir.

Qeyd edilir ki, əsirlərin çoxu kampa xalqının nümayəndələridir.

“Parlaq yol”un döyüşçüləri 1980 ildən etibarən Peru hökümətinə qarşı partizan müharibəsi aparır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol