Menu

Bakıda dəhşətli qəza: 1 nəfər maşında yandı

03.08.2015, 09:48
Bakıda dəhşətli qəza: 1 nəfər maşında yandı

Daha 4 nəfər isə ağır yaralanıb

Bakının Sabunçu rayonunda avqustin 2-də bir neçə avtomobil toqquşub, nəticədə yanğın baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, qəza nəticəsində “Zaparojets” markalı avtomobil deformasiyaya uğrayıb və yanıb.

Avtomobilin sürücüsü Hüseynov Ağabala Baba oğlu hadisə yerində ölüb.

Xilasedicilər A. Hüseynovun meyitini avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol