Menu

"Bizim küçələrimiz qızıldan döşənməyib" - Fransa və İngiltərə kömək istəyir

03.08.2015, 14:26
"Bizim küçələrimiz qızıldan döşənməyib" - Fransa və İngiltərə kömək istəyir

"Miqrasiya böhranının həlli Britaniya və Fransa üçün başlıca prioritetdir"

Xarici xəbər agentliklərinin verdiyi məlumata görə, qeyri-leqal miqrantların Kale yaxınlığındakı Avrotunelə etdikləri yürüşlərin nəticəsi olaraq yaranmış böhranın tənzimlənməsi məsələsi Fransa və Britaniyada «ali prioritet» elan olunub. «Hər iki ölkənin hökuməti bu problemi «birgə həll etmək» niyyətindədir» - deyə, daxili işlər nazirləri Bernar Kaznevin və Tereza Meyin bəyanatında qeyd olunur (Rosbalt).

Britaniyanın «The Telegraph» qəzeti və Fransanın «Journaldu Dimanche» nəşrinin yaydığı xəbərdə deyilir ki, qeyri-leqal miqrantlar bilməlidirlər - bizim küçələrimiz qızıldan döşənməyib.

İlkin addımlardan biri kimi, Böyük Britaniya miqrantlar və onların ailə üzvləri üçün nəzərdə tutulan müavinətlərin məbləğinin azaldırmasını planlaşdırır. Bu arada, hökumət hər gecə miqrantların Avrotuneli keçmək məqsədli 2000-ə qədər cəhdini qeydə alır.

Kaznev və Meyin fikrincə, dünya «qlobal miqrasiya böhranı» ilə üz-üzədir. Bu problem yalnız iki ölkə tərəfindən həll oluna bilməz. Fransa və Böyük Britaniya öz sərhədlərində qeyri-leqal miqrantların yaratmış olduğu fövqəladə situasiyanı tənzimləmək məsələsində digər Avropa ölkələrini, xüsusilə də Yunanıstan və İtaliyanı, eyni zamanda Afrika dövlətlərini yardımçı olmağa çağırır.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol