Menu

Cənubi Koreyanın keçmiş birinci xanımı Şimali Koreyaya gedib

05.08.2015, 13:42
Cənubi Koreyanın keçmiş birinci xanımı Şimali Koreyaya gedib

Cənubi Koreyanın keçmiş prezidenti Kim Dae-jung –un arvadı Şimali Koreyaya “sülhməramlı” səfər edib.

Şəxsi səfərlə Şimali Koreyaya getmiş Lee Hee-ho –nun ölkənin lideri Kim Jong-un da daxil olmaqla, yüksək rəsmi şəxslərlə görüşüb-görüşməyəcəyi məlum deyil.

2000-ci ildə Dae-jung iki ölkə arasında barışıq danışıqlarına başlamışdı. Daha sonra o, bu cəhdlərinə görə Nobel mükafatına layiq görülüb.

2009-cu ildə ölmüş eks prezident Dae-jung Pxenyanla yaxınlaşmanın tərəfdarı idi.

Onun Kim Jong-un –un atası və keçmiş lider Kim Jong-il –lə görüşü iki Koreya arasında müvəqqəti yaxşı münasibətlərə səbəb olmuşdu.

“Lee, iki Koreyanın 70 illik ayrılığın ardından yaraları sağaldacağına ümid etdiyini bildirib və əməkdaşlığı təbliğ edir,” səfəri təşkil etmiş Kim Dae-jung Sülh Mərkəzinin nümayəndəsi Kim Sung-jae bildirib, Yonhap xəbər agentliyi bildirir.

Lakin BBC-nin Seuldakı müxbiri Stephen Evans-ın sözlərinə görə, bu səfər çətin ki münasibətləri yaxşılaşdıra, xüsusilə də Kim Jong-un –un nüvə silahı siyasəti yeritdiyi bir zamanda.

Lee Hee-ho -nun rəsmi bələdçisi bildirib ki, o, doğum evini, yetimlər evini və uşaq hospitalını ziyarət edəcək. /BBC

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol