Məryəm Vanişvili: Gürcüstan ərazisində hər hansı bir təhlükə görünmür
Bakı-Tiflis-Ərzurum qaz kəmərinin 248 km-lik hissəsi Gürcüstan ərazisindən keçir ki, həmin hissənin mühafizəsi məsələsinə bu ölkənin Energetika Nazirliyi nəzarət edir.
ANS TV-nin məlumatına görə, Gürcüstanın energetika nazirinin müavini Məryəm Vanişvili deyir ki, Gürcüstan istər Bakı-Tiflis-Ərzurum, istərsə də digər birgə layihələrin təhlükəsizliyi məsələsini yüksək səviyyədə təşkil edir və bu layihələr üçün Gürcüstan ərazisində hər hansı bir təhlükə görünmür:
“Təbii ki, təmir işləri var, qəzalar baş verə bilir. Gözlənilməz anlar baş verə bilir, hansı ki, Türkiyə ərazisində belə bir hadisə baş verdi. Amma xoşbəxtlikdən həmin vaxt boru xətti istismarda deyildi. Lakin bu cür iri layihələrin təhlükəsizliyi ən mühüm məsələlərdəndir. Mən düşünürəm ki, bizim strateji tərəfdaşlığımız bu sahədə də olduqca ciddidir. Biz bununla birgə olaraq infrastrukturun təhlükəsizliyini təmin etməliyik”.
Nazir mavinin dediyinə görə ölkəsi qonşu Azərbaycan və Türkiyə ilə sıx strateji əməkdaşlıq münasibətlərini qoruyub saxlamaq və bunu daha da genişləndirmək niyyətindədir. Bunun üçün isə ilk növbədə etibarlı tərəfdaş obrazı yaratmaq lazımdır ki, Gürcüstan da bunu ilk növbədə təhlükəsizlik məsələsinə ciddi yanaşmaqla yerinə yetirir.


Şərhlər