Menu

“Neft ilin sonuna hətta 40 dollara qədər düşə bilər”

06.08.2015, 09:21
“Neft ilin sonuna hətta 40 dollara qədər düşə bilər”

Samir Əliyev: “Neftin ucuzlaşmasını şərtləndirən amillər daha çoxdur”

Dünya bazarlarında neft ucuzlaşmaqda davam edir. Əksər ekspertlərin proqnozları bədbindir. Ekspert Samir Əliyevin sözlərinə görə, neftin qiymətinin aşağı düşməsinə səbəb iki amil olub: “Birincisi, Çin iqtisadiyyatının neqativ duruma gəlməsidir. İqtisadiyyatda səngimələr var artıq. Çin dünyada ABŞ-dan sonra ikinci ən böyük neft istehlak edən ölkədir. Ona görə də Çin iqtisadiyyatında neqativ nəsə baş verməsi mütləq dünya bazarına təsir göstərir. Bu, bir səbəbdir. İkinci səbəb İranla bağlıdır. Ötən həftə İrana qarşı tətbiq edilmiş sanksiyalar aradan qaldırıldı və İran bazara əlavə olaraq gündəlik 1 milyon bareldən çox neft ixrac etməyə hazır olması ilə bağlı bəyanat verdi. Bu da bazara təsir göstərdi və neft ucuzlaşmağa başladı”.

Ekspert gözləntilər barədə də danışıb: “Neftin ucuzlaşmasını şərtləndirən amillər daha çoxdur. İrana tətbiq edilən sanksiyalar götürüldüyündən, bazarda böyük həcmdə neft artıqlığı yaranacaq. Bu da qiymətlərin ucuzlaşmasına gətirib çıxaracaq. Eyni zamanda Rusiya son vaxtlar hasilatı artırır. Digər neft ölkələri Liviya və İraqda da hasilat artımı müşahidə edilir. Bir sözlə, neft artıqlığı yaranır bazarda. Bu, o deməkdir ki, ilin sonuna qədər neftin bahalaşması gözlənilmir. Azından, 70 dollarlıq həddi keçməyəcək. Ola bilsin, hətta ilin sonunda bareli 50-60 dollar arasında dəyişsin, daha aşağı da ola bilər”.

Qeyd edək ki, Dünya Bankının neft qiymətlərinə dair son proqnozlarında cari ildə “qara qızılın” orta qiyməti bir barel üçün 57,8 dollar göstərilir. Ekspertlərə görə, Dünya Bankı hələ ki pozitiv ssenaridən çıxış edir. Ucuzlaşma Azərbaycanın gəlirlərinə birbaşa və dolayısı ilə təsir edən amildir. Ekspertlər bildirirlər ki, yeni dövr- ucuz neft dövrü ölkə üçün yaxşı perspektiv vəd etmir. Dünya Bankının və digər maliyyə institutlarının hesabatları isə göstərir ki, yaxın 5 və daha çox dövr üçün neft qiymətlərinin artımı elə də yüksək olmayacaq. /musavat.com

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol