Ukrayna milisi Kiyevin Qruşevsk küçəsində aksiya iştirakçılarını dağıtmağa növğəti dəfə cəhd edib. Musavat.com-un UNİAN-a istinadən verdiyi məlumata görə, təhlükəsizlik qüvvələrinin səs qumbaraları ilə bir neçə hücumundan sonra arxa cərgədəki adamların bir qrupu qaçmağa başlayıb. Lakin qalan aksiya iştirakçıları qruplaşaraq, müqavimət göstərir.
--------
20:15
Azadlıq radiosunun verdiyi son məlumata görə, "Berkut" etirazçıları "Dinamo" stadionunun qarşısından çıxarıb. İndiyədək etirazçıların barrikada qurduğu mövqelərdə indi təhlükəszilik qüvvələrinin qalxanlı əsgərləri sıraya düzülüb. Əsgərlərin arxa mövqelərindən zirehli hərbi maşın çıxara ön çərgəyə yaxınlaşıb. Azadlıq meydanın kütləvi etiraz mitinqi isə davam edir.
"Berkut"un xalqa güllə atdığı bildirilir; ölü sayı 3-ə yüksəlib
Ukraynada gərginlik pik həddə çatıb. "Berkut" xüsusi təyinatlılarının iki aydan bəri küçə və meydanlarda etiraz aksiyası keçirən nümayişçiləri qarşı güc tətbiq etdiyi, hətta öldürücü silahlardan atəş açdığı bildirilir. "Stream" telekanalının verdiyi xəbərə görə, nümayişlərə qarşı tətbiq edilən güc zamanı ölənlərin sayı 3-ə yüksəlib.
Xatırladaq ki, son günlərdə paytaxt Kiyevdə hakumət qüvvələri ilə nümayişçilər arasında münasibətlər son dərəcə gərginləşib, qarşılıqlı əlbəyaxa dava-dalaşlar müşahidə olunub, müxtəlif təxribat cəhdlərinə əl atılıb.
Hazırda meydanda bir neçə yerdə yanğınlar müşahidə olunur. Nümayişçilərin sona qədər dirəniş göstərməyə niyyətli olduqları bildirilir.
----

“Maydan Yanukoviçi qanundan kənar elan edib və Müvəqqəti İnqilabi Hökumət formalaşdıracaq”. musavat.com-un məlumatına görə, bu barədə müxalifət rəhbərliyinə istinadən Ukrayna mətbuatı məlumat yayıb.
“Maydandakı etirazçılar çərşənbə günü axşam Müvəqqəti İnqilabi Hökumət formalaşdıracaq və bu hökumət Ukrayna xalqına sədaqət andı içəcək”, - deyə Maydandakı tribunadan keçmiş deputat, Avromaydan fəalı Taras Steçkiv bildirib: “Yanukoviç sərhədləri aşıb. Onun əli insan qanına batıb. İndi o, qanundan kənardır” – bildirib o.
“Üçüncü Ukrayna Respublikası” Vətəndaş Təşəbbüsünün lideri Yuri Lutsenko isə deyib ki, etirazçılar ən reytinqli müxalifət lideri olan Vitali Kliçkonun başçılığı ilə təcili Müvəqqəti İcraiyyə Komitəsi yaratmalıdır. Onun sözlərinə görə, mitinqçilərin və müxalifətin qələbəsindən sonra Yanukoviçin Regionlar və Kommunist partiyaları, həmçinin “cinayətkar qanunları imzalayanlar” qanundan kənar elan edilməlidir.


Şərhlər