Menu

Bir qrup suriyalı Azərbaycana qanunsuz keçməyə cəhd etdi

06.08.2015, 15:54
Bir qrup suriyalı Azərbaycana qanunsuz keçməyə cəhd etdi

Gürcüstanın sərhəd polisinin əməkdaşları Gürcüstan-Azərbaycan dövlət sərhədini qanunsuz keçməyə cəhd etdiklərinə görə Suriyanın üç vətəndaşını saxlayıb.

Bu barədə Oxu.az “Sputnik-Georgia” saytına istinadla xəbər verir.

“İstintaq müəyyən edib ki, saxlanılan şəxslər sərhəd keçid məntəqəsindən yan keçməklə Gürcüstan sərhədini Azərbaycan respublikası istiqamətinə qanunsuz keçməyə cəhd ediblər”, - Gürcüstanın Daxili İşlər Nazirliyinin məlumatında deyilir.

Gürcüstan sərhədini qrup şəklində qanunsuz keçməyə cəhd faktı üzrə istintaqı sərhəd polisinin Baş istintaq-əməliyyat idarəsi aparır.

Suriyalıları dörd ildən beş ilədək həbs gözləyir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol