Tunisin baş naziri Həbib Əssid açıqlama verib ki, o, Liviyaya qarşı Qərbin istənilən müdaxiləsinə qarışıdır. “The İndependent” agentliyinə verdiyi müsahibədə Londonun, Parisin, Vaşinqtonun, Madridin, Berlinin və Romanın Liviyada vahid hökumət formalaşdırmaq planın müzakirəsindən danışıb. Nazir qeyd edib ki, Liviyada baş verən xaos 2011-ci ildə bu ölkəyə qarşı edilən xarici müdaxilədən sonra yaranıb.
Bundan başqa, H.Əssid Qərb ölkələrindən terrorizmə qarşı mübarizədə kömək istəyib. Siyasətçi inanır ki, “Terrorizm milli problem deyil. Onun sərhədləri yoxdur. Terrorizmlə mübarizəyə kömək etmək özünə kömək etməyə bərabərdir”.
Baş nazirin sözlərinə görə, Tunis cihadçıların Liviyadaki təlim düşərgələri haqqıında məlumatların öyrənilməsində Britaniya hökuməti ilə yaxından əməkdaşlıq edir. Bu düşərgələrdə təlim keçmiş terrorçular Bordo muzeyində və Sus şəhərinin çimərliyində terror törədiblər. H.Əssid bildirib ki, Tunis kurortunda törədilən terrora görə 150 adam şübhəli qismində həbs olunub. Onlardan 15 nəfəri terrorizmlə əlaqədə günahandırılıb.
Xəbərdə o da qeyd olunur ki, qonşu Əlcəzair də Liviya münaqişəsinin həll olunmasında yaxından iştirak edir. Bu ölkə də Qərb dövlətlərinin Liviyanın daxili işlərinə qarışmasına qarşı çıxır.
Tanınmamış Liviya hökümətinin başçısı Xalifı Əl-Qoveyl may ayının sonlarında xəbərdarlıq etmişdi ki, əgər, Avropa Birliyi qüvvələri bu ölkənin su sərhədlərinə daxil olarsa, güclü müqavimətə rast gələcək.


Şərhlər