Menu

Çimərlik terroru: daha 1 nəfər batdı

06.08.2015, 22:29
Çimərlik terroru: daha 1 nəfər batdı

FHN Xəzər dənizindən daha bir nəfərin cəsədini çıxarıb.

Musavat.com Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Abşeron rayonu, Novxanı qəsəbəsində dənizdə (ən yaxın xilasetmə məntəqəsindən 3000 metr aralı nəzarətsiz ərazidə) 1985-ci il təvəllüdlü Mikayılov Bəhruz Fərhad oğlunun suda batması haqqında məlumat daxil olub.

B.Mikayılovun cəsədi “Novxanı” sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 20:40-da başa çatıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol