Ukrayna KİV-nin məlumatına görə, ölkənin eks-prezidenti Viktor Yanukoviçə qarşı beş cinayət işi qaldırılıb. Bu barədə Ukrayna Baş prokurorluğu Xüsusi təhqiqatlar idarəsinin rəisi Sergey Qorbatyuk məlumat verib (Rosbalt).
«UNİAN»-nın məlumatına görə, cinayət işləri «Suxoluçye» və «Mejiqorye» iqamətgahlarında meşə sahələrinin və torpaq sahəsi ilə birlikdə tikililərin mənimsənilməsi və «Ukrtelekom»la bağlıdır. Onu həm də Maydanda cinayət törətməkdə və cinayətkar təşkilat yaratmaqda ittham edirlər.
«Ukrtelekom»la bağlı ittiham hal-hazırda yeganə işdir ki, onun əsasında Yanukoviç beynəlxalq axtarışa verilib. Qorbatyuk deyib ki, həmin iş qiyabi təhqiqata başlamaq barədə vəsatət qaldırmaq üçün məhkəməyə müracicət etməyə əsas verir. Onun sözlərinə görə, Yanukoviçi dövlət büdcə vəsaitini mənimsəməkdə ittiham edirlər.
Eyni zamanda, Qorbatyuk qeyd edib ki, İnterpol Yanukoviçin Maydan hadisələri zamanı törədilmiş cinayətlərlə mümkün əlaqəsi barədə cinayət işi üzrə axtarışa verilməsindən imtina edib. İnterpol bu iş üzrə siyasi motivlərin olması qənaətinə gəlib.
Xəbər verildiyi kimi, Ukrayna Baş prokurorluğu cinayət işi üzrə eks-prezident Viktor Yanukoviçi avqustun 11-də dindirilmək üçün dəvət edib. Yankuoviçin vəkilləri isə Baş prokurorluğun bu qərarının qiyabi təhqiqatla əvəz edilməsi barədə şikayət verib.
AzPolitika.info

Şərhlər