Menu

Çempionlar Liqasının pley-off cütləri bilindi - SİYAHI

07.08.2015, 15:48
Çempionlar Liqasının pley-off cütləri bilindi - SİYAHI

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, İsveçrənin Nyon şəhərində keçirilən püşkatmaya qrup mərhələsinə düşmək uğrunda mübarizəni davam etdirən 20 klub qatılıb.

Bunlardan 15-i III təsnifat mərhələsində qalib gəlibsə, digər 5-i yarışa pley-offdan qoşulanlardı. Nyondakı tədbirdə bu 20 klub 10 cütlük təşkil edib.

Qeyd edək ki, Çempionlar Liqasında pley-off mərhələsinin oyunları avqustun 18-19-da və 25-26-da keçiriləcək.

Çempionlar Liqası

Pley-off mərhələsi

Çempionlar

“Astana” (Qazaxıstan) - APOEL (Kipr)

“Skenderbeu” (Albaniya) - "Dinamo" (Zaqreb, Xorvatiya)

“Seltik” (Şotlandiya) - “Malmö” (İsveç)

“Bazel” (İsveçrə) - “Makkabi” (Təl-Əviv, İsrail)

BATE (Belarus) - “Partizan” (Serbiya)

Qeyri-çempionlar

“Latsio” (İtaliya) - “Bayer” (Almaniya)

“Mançester Yunayted” (İngiltərə) - “Brügge” (Belçika)

“Sportinq” (Portuqaliya) - MOİK (Rusiya)

“Rapid” (Avstriya) - “Valensiya” (İspaniya)

“Monako” (Fransa) - “Şaxtyor” (Ukrayna)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol