Menu

Otelə silahlı basqın, ölənlər var

07.08.2015, 18:15
Otelə silahlı basqın, ölənlər var

Ərazi təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınıb

Silahlı yaraqlılar Malinin mərkəzi hissəsində yerləşən Sevare şəhərindəki iki otelə hücum edib. Hadisə zamanı ən azı bir adamın öldürüldüyü bildirilir. Cinayətin baş verdiyi ərazi təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınıb.

Şəhər sakinlərinə evlərini tərk etməmək tövsiyə edilib və onlar arasında xəsarət alanlar barəsində hələlik məlumat yoxdur.

Sevare şəhəri paytaxt Bamako şəhərinin 620 kilometrliyində yerləşir. Silahlıların otelin içərisinə daxil olduğu bildirilir. Öldürülən şəxsin cəsədinin otelin qarşısında qalmaqdadır.

"Hücum hələ də davam etməkdədir", - deyə ölkənin güc strukturlarında bildiriblər. /anspress

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol