Menu

Sosial şəbəkələrə nəzarət gücləndirilir - Şəxsi məlumatlar Azərbaycana köçürüləcək

07.08.2015, 18:36
Sosial şəbəkələrə nəzarət gücləndirilir - Şəxsi məlumatlar Azərbaycana köçürüləcək

Azərbaycan sosial şəbəkə və internet-telefoniya xidmətlərinin (“Skype”, “WhatsApp” və başqaları) istifadəçilərinin şəxsi məlumatlarını Azərbaycana köçürmək niyyətindədir".

Trend xəbər verir ki, bu barədə jurnalistlərə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov deyib.

O bildirib ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi şirkətlərə Azərbaycana aid resursların birbaşa ölkə ərazisində saxlanması ilə bağlı müraciət etməyə hazırlaşır: “Bu, kibertəhlükəsizlik baxımından Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol