Menu

Nemtsova iki tapançadan atəş açılıb

08.08.2015, 10:23

nemtsov_2Rusiyalı müxalifətçi Boris Nemtsov iki müxtəlif tapançadan açılan atəşlə qətlə yetirilib.

APA-nın xəbərinə görə, bu barədə “Kommersant” cinayət işi ilə bağlı keçirilən kompleks ekspertizaya istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, Nemtsov üç güllə yarasını səsboğucu olan tapançadan, digər yaraları isə səssiz atəş üçün qurğu ilə təchiz olunmayan silahdan açılan atəş nəticəsində alıb. Ekspertlər həmçinin iddia ediblər ki, Nemtsovun aldığı yaraların fərqli olması müxtəlif patronlarla əlaqədar ola bilər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol