Menu

Türkiyədə dəhşətli qəza: 21 ölü, 28 yaralı

23.01.2014, 14:45
Türkiyədə dəhşətli qəza: 21 ölü, 28 yaralı

Türkiyənin Kayseri vilayətində ağır yol qəzası baş verib. Hadisə Pınarbaşı-Gürən istiqamətindəki yolda olub. Yolun qarlı olması səbəbindən avtobus sürüşərək dərəyə yuvarlanıb və nəticədə 21 nəfər ölüb, 28 nəfər isə müxtəlif dərəcəli xəsarət alaraq ağır yaralanıblar.

Hadisədə zərərçəkən şahidlər bildirirlər ki, təcili yardım çox gec gəlib - təxminən üç saatdan artıq yubanıb. Digər şahidin dediyinə görə isə avtobusun arxa təkərləri qış üçün nəzərdə tutlmayan təkər olduğundan sürücü sürüşkən yolda nəzarəti itirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol