Menu

45 il əvvəl itkin düşdülər, qalıqları indi tapıldı

08.08.2015, 12:48
45 il əvvəl itkin düşdülər, qalıqları indi tapıldı

İsveçrədə Alp dağlarında 1970-ci ildə itmiş 2 yapon alpinistin meyiti tapılıb.

APA-nın “BBC News”a istinadən verdiyi məlumata görə, qalıqlar dəniz səviyyəsindən 2,8 km hündürlükdə Matterxorn dağlarının ətəyində aşkar edilib.

DNT testi onların 45 il əvvəl itkin düşmüş Miçio Oikava və Masayuki Kobayaşi olduğunu təsdiqləyib.

Qeyd olunur ki, qalıqlar alpinistlərin itkin düşdüyü ehtimal edilən ərazidən çox uzaqda tapılıb. Ekspertlərin fikrincə, onların ölüm səbəbi ekspedisiya ərazisində dağ buzlaqlarının aktiv əriməsi ilə olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol