Azərbaycan Ordusunun zabiti şəhid olub.

APA-nın məlumatına görə, hadisə bu gün cəbhənin Tərtər istiqamətində qeydə alınıb. Ermənistan silahlı birləşmələrinin atəşkəsi pozması nəticəsində ordumuzun kapitanı, Naxçıvan Muxtar Respublikası Şərur rayonunun sakini Elnur Cəfərov düşmən gülləsinə tuş gəlib. Hərbçi aldığı güllə yarasından şəhid olub.

Allah rəhmət eləsin!

Xatırladaq ki, bu günlərdə cəbhədə atəşkəsin pozulması nəticəsində bir erməni əsgəri öldürülmüşdü. Milli Ordunun kapitanının öldürülməsini ermənilərin qisası kimi də qiymətləndirmək olar...