Menu

" Zövqlər fərqlidir" - Abid Şərifov

08.08.2015, 16:38
" Zövqlər fərqlidir" - Abid Şərifov

"Sakinlərin yanan evlərindəki təmirlə tanış olmasına vaxt ayrılmasına ehtiyac yoxdur".

Bunu Azadlıq prospektində may ayının 19-da yanan 16 mərtəbəli binada aparılan təmir işləri ilə bağlı ans-ə açıqlamasında baş nazirin birinci müavini, yanğınla bağlı yaradılan dövlət komissiyasının sədri Abid Şərifov deyib.

Nazir müavinin sözlərinə görə, hər kəsin zövqü fərqlidir və sakinlərin öz mənzillərinin təmiri ilə tanış olması işin gedişinə təsir edir.

A.Şərifov bu gün Azadlıq prospektində 3 ay öncə yanan binada aparılan təmir işləri ilə tanış olub. Onun sözlərinə görə, artıq bir mərtəbədə 2 mənzil tam hazırdır. Burada görülən işlər bitdikdən sonra sakinlər əvvəl yaşadıqları evlərdə, daha yaxşı təmirli mənzilərdə yaşayacaqlar.

O, qeyd edib ki, istər xarici, istərsədə daxili təmir işləri yüksək keyfiyyətlə aparılır. Heç bir texniki məsələ həll olunmamış qalmayıb. Binanın təmirində 400 nəfər işçi 24 saat, var qüvvələri ilə çalışır.

Abid Şərifov bildirib ki, təmir işlərinə başlanmamışdan əvvəl bütün mənzillərin şəkilləri çəkilib. Ev sahibi ilə birlikdə evdəki əşyalara baxılıb və aktlaşdırılıb. Təmir bitdikdən sonra isə hər bir bina sakininə albom veriləcəki evinin təmirdən əvvəlki və sonraki vəziyətini müqayisə etsin.

Xatırladaq ki, Binəqədi rayonu Azadlıq prospektində yerləşən 16 mərtəbəli binada dəhşətli yanğın hadisəsi may ayının 19-da baş verib. Yanğın nəticəsində 15 nəfər həyatını itirib. Onların arasında 4 azyaşlı da olub

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol