Menu

"Qarabağ"ın rəqibinin baş məşqçisi istefa verdi

08.08.2015, 17:54
"Qarabağ"ın rəqibinin baş məşqçisi istefa verdi

Komandanı Fortenin köməkçisi Harald Qamperle çalışdıracaq.

"Qarabağ"ın Avropa Liqasının "pley-off" mərhələsindəki rəqibi "Yanq Boyz" baş məşqçisiz qalıb.

Anspress-in məlumatına görə, İsveçrə klubunun çalışdırıcısı Uli Forte istefa verib.

Buna səbəb komandanın Çempionlar Liqasının III təsnifat mərhələsində “Monako”ya hər iki görüşdə məğlub olması olub (1:3, 0:4). Bu yenilgi baş məşqçinin istefa verməsi ilə nəticələnib.

Hələlik komandanı Fortenin köməkçisi Harald Qamperle çalışdıracaq. Qarşıdakı çempionat matçlarında o komandaya qələbələr qazandırsa, baş məşqçi kimi təsdiqlənə də bilər.

İsverçə mətbuatının yaydığı xəbərə görə, klub rəhbərliyi hazırda Murat Yakınla danışıqlara başlayıb. Məsələyə tezliklə aydınlıq gələcəyi bildirilir. Türkiyə əsilli İsveçrə vətəndaşı olan Yakının sonuncu iş yeri Moskva "Spartak"ı olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol