Menu

Maşın cərimə meydançasına aparıldı, içindəki pul oğurlandı

08.08.2015, 18:23
Maşın cərimə meydançasına aparıldı, içindəki pul oğurlandı

Bakıda dəyəri 100 min manatdan artıq olan avtomobildən oğurluq edilib.

“Report”un xəbərinə görə, Bakı şəhər sakini H.S. Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsinə müraciət edərək bildirib ki, “Porsche” markalı avtomobili ilə yol hərəkəti qaydalarını pozduğu üçün nəqliyyat vasitəsi cərimə meydançasına aparılıb, orada isə naməlum şəraitdə avtomobilindən 8 min manat pul oğurlanıb.

Hazırda polislər avtomobil sahibinin şikayətinin doğru olub-olmadığını araşdırır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol