Menu

​Səkkiz vətəndaşın mobil telefonunu oğurlayan şəxs tutulub

08.08.2015, 18:52
​Səkkiz vətəndaşın mobil telefonunu oğurlayan şəxs tutulub

Səkkiz vətəndaşın mobil telefonlarını oğurlayan şəxs tutulub. “Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Məlumata görə, Səbail Rayon Polis İdarəsinin (RPİ) 8-ci Polis Bölməsi və DİN-in Çevik Polis Alayı əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 8 vətəndaşın mobil telefonlarını oğurlayan Bakı şəhər sakini Ramin Rzazadə həbs olunub.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol