Menu

“Odessada polis Gürcüstandakı kimi olacaq” - Saakaşvili

08.08.2015, 19:53
“Odessada polis Gürcüstandakı kimi olacaq” - Saakaşvili

"Gürcüstan nümunəsi üzrə hazırlanmış yeni və peşəkar asayiş keşikçiləri artıq avqustun axırı üçün öz işlərinə başlayacaq."

Musavat.com-un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bu barədə Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili özünün facebook səhifəsində yazıb.

“Mən onlarla ünsiyyətdə olmuşam. Əzmkarlıq eşqi ilə dolu qeyri-adi gənclikdir. Ən başlıcası – onların mövcud milisə heç bir bağlılığı yoxdur” - qeyd edib qubernator.

“Dekabrda onlara yeni, normal prokurorlar qoşulan kimi vətəndaşları müdafiə edəcəklər, nəinki klan maraqlarını. O zaman biz yeni ölkədə yaşayacağıq. Əsas odur ki, polis-prokurorlar qohumluğa görə yox, azad konkurs əsasında seçilsinlər. Bu tamamilə yeni adamlar olacaq” - əlavə edib Saakaşvili.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol