Menu

"Ağ Blok" jurnalistin döyülərək, öldürülməsi ilə bağlı bəyanat yaydı

09.08.2015, 15:05
"Ağ Blok" jurnalistin döyülərək, öldürülməsi ilə bağlı bəyanat yaydı

"Ağ Blok" jurnalist Rasim Əliyevin döyülərək, öldürülməsi ilə bağlı bəyanat yayıb.Musavat.com-un məlumatına görə, bəyanatda deyilir: "Ağ Blok" olaraq, avqustun 8-də "Qəbələ" futbol klubunun futbolçusu Cavid Hüseynovun qohumları olduqları iddia edilən şəxslər tərəfindən vəhşicəsinə döyülən, aldığı xəsarətlərdən bu gün həyatını itirən mərhum jurnalist Rasim Əliyevin vəfatından kədərləndiyimizi bildiririk.

Mərhumun ailəsinə, yaxınlarına dərin hüznlə başsağlığı veririk. "AĞ Blok" aidiyyatı orqanlardan qısa zamanda faktı obyektiv və cəmiyyətə açıq şəkildə araşdıraraq, cinayəti törədənlərin tapılaraq, məsuliyyətə cəlb olunmalarını tələb edir. Bu hücumu tək bir şəxsə deyil, bütün Azərbaycan jurnalistikasına hücum kimi qiymətləndiririk.

Bu cinayətin üstü açılmasa, gələcəkdə digər jurnalistlərin də həyatlarına təhlükələrdən narahatıq.

Ümid etmək istəyirik ki, özünü hüquqi və demokratik hesab edən bir dövlətdə belə cinayətlər və vəhşiliklər ört-basdır edilməyəcək".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol