Mərhum jurnalist Rasim Əliyevin cənazəsi məsciddə yuyulduqdan sonra evlərinə gətirlib.
Hazırda dəfn mərasimi üçün hazırlıqlara başlanılıb.
Digər məlumatdasa bildirilir ki, Səbayel Prokurorluğunun və ərazi polisinin əməkdaşları mərhum jurnalistin evinə gəliblər. Onun babası sorgu-sual məqsədilə polis şöbəsinə aparılıb.
Əməkdaşımızın verdiyi son məlumata görə, Müsavat Partiyasının başqanı Arif Hacılı da dəfn mərasiminə qatılıb.



Şərhlər