Menu

Polis AXCP-nin tədbirinə imkan vermədi

09.08.2015, 15:59
Polis AXCP-nin tədbirinə imkan vermədi

Bu gün AXCP Ağstafa rayon şöbəsinin konfransına imkan verilməyib.

AXCP Ağstafa rayon şöbsənin Ali Məclis üzvü, təşkilat komitəsinin sədri Sövdəgar Mursaquliyev “Azadlıq” a açıqlamasında bildirdi ki, konfrans keçirmək üçün dəfələrlə rayon rəhbərliyinə müraciət edilsə də heç bir reaksiya verilməyib. Ona görə də konfransı cəbhəçilərdən birinin həyətində keçirmək qərarına gəliblər. Amma 50-dən artıq polis əməkdaşı konfrans keçirilən həyətə daxil olaraq tədbirin keçirilməsinə imkan verməyib. Sövdəgar Mursaquliyev Ağstafa Rayon Polis Şöbəsinə aparılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol