Menu

Roma Papası nüvə silahını qadağan etməyə çağırıb!

09.08.2015, 20:30

papa_francisk_181013i KİV-in məlumatına görə, avqustun 9-da Vatikanda bazar günü ibadəti zamanı çıxış edən papa Fransisk bəyan edib ki, Xirosima və Naqasaki şəhərlərinin atom bombardmanına məruz qoyulması uzun illərdir ki, insanlarda dəhşət və nifrət hissiləri oyadır. Onun sözlərinə görə, bu xatirələr daim bəşəriyyətdə nüvə silahının və bütün növ kütləvi qırğın vasitələrinin qadağan olunmasının vacibliyini xatırladır (TASS).

Katolik kilsəsinin başçısı əlavə edib ki, müharibəni udmağın yeganə yolu ümumiyyətlə, müharibəyə başlamamaqdır.

Naqasaki şəhərinin nüvə bombardmanına məruz qoyulmasının 70 illiyinə həsr olunmuş matəm tədbiri bu gün səhər bu yapon şəhərində başlanıb. Tədbirdə demək olar, dünyanın 80 ölkəsinin nümayəndəsi, eləcə də Yaponiyanın dövlət rəhbərliyi iştirak edib.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol