PKK terror təşkilatı Türkiyənin Ərzincan vilayətinin Kamal rayonunda yük qatarına bombalı hücum edib.
Axar.az xəbər verir ki, hücum Bakı vaxtı ilə 16:15-də gerçəkləşib.
Terrorçular relslərə yerləşdirdikləri bombanı qatar keçən zamanı partladıblar. Partlayış nəticəsində relslər sıradan çıxıb.
Ərzincan valisi Süleyman Qəhrəman hücum zamanı ölən və yaralananın olmadığını bildirib.


Şərhlər