Menu

İŞİD 300 adamı edam etdi

09.08.2015, 22:46

isid1_254İŞİD terror qruplaşmasının döyüşçüləri İraq ali seçki komissiyasının 300 üzvünü edam edib.

Bu barədə EFFE agentliyi yerli hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

Terrorçular içərilərində ən azı 50 qadının olduğu əsirləri əl-Qazlani hərbi düşərgəsində güllələyiblər.

İraqın ali seçki komissiyası beynəlxalq ictimaiyyətə və BMT-yə mürəciət edərək, İraq vətəndaşlarının kütləvi qətlinə son qoyulamsında kömək istəyib.

Qeyd edək ki, İŞİD döyüşçüləri öldürülənlərin qohumlarına onların yaxınlarının məhkəməsinin keçirildiyinin və sonunculara ölüm hökmünün çıxarılması barədə məlumat vermişdilər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol