Menu

“Binə” bazarında mallar ucuzlaşdı

09.08.2015, 22:49
“Binə” bazarında mallar ucuzlaşdı

"Binə" Ticarət Mərkəzində durğunluq hökm sürür. Alıcı qabiliyyətinin aşağı düşməsi xeyli sayda mağazanın kilidlənməsinə səbəb olub. Ticarətçilər alış-veriş olmadığı üçün dükanları təhvil verirlər, bəziləri səyyar satışa keçib, qiymətlər isə ucuzlaşıb.

Satıcılar bunu iki səbəblə əlaqələndirir: həm şəhərin mərkəzində yerləşən mağazalarda qiymətlərin "Binə" bazarından fərqlənməməsi, həm də yolun uzaqlığı.

Onların sözlərinə görə, artıq Bakının mərkəzində təqribən eyni qiymətə geyim, elektron avadanlıqlar və başqa məhsullar almaq mümkündür.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol