Təhlükəsizlik və Müdafiə sektorunun ümumi itkiləri 2014-cü il, yanvar (23 yanvaradək) “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin kütləvi informasiya vasitələri üzərində həyata keçirdikləri monitorinqin nəticələrinə əsasən adlı siyahı üzrə 2014-cü ilin geridə qalan dövründə Azərbaycan təhlükəsizlik və müdafiə sektorunun itkiləri 6 nəfər təşkil edib.
Bu barədə məlumat verən “Doktrina” JHAM direktoru Cəsur Sümərinli qeyd edib ki, ötən müddətdə 9 nəfər yaralanıb və ya xəsarət alıb. C.Sümərinli bildirib ki, müvafiq dövrdə dünyalarını dəyişənlərin 1-i döyüş (erməni gülləsi), 5-i isə qeyri-döyüş itkiləridir. 1- nəfər xəstəlikdən dünyasını dəyişib, 4 nəfər intihar edib. Dünyasını dəyişənlərin 5-i Müdafiə Nazirliyinin, 1-i Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin hərbi qulluqçularıdır. Yaralılara və xəsarət alanlara gəlincə (9 nəfər), C.Sümərinli bildirdi ki, onların 3-ü qeyri-nizamnamə hadisələrindən (o cümlədən ehtiyatsızlıqdan), 2-si intihara cəhddən, 1-i erməni gülləsindən, 3-ü isə avtoqəza nəticəsində yaralanıblar və ya xəsarət alıblar. 8 nəfər Müdafiə Nazirliyinin hərbi qulluqçusu, 1 nəfərsə Ədliyyə Nazirliyi Penitensiar xidmətinin mühafizə alayının hərbi qulluqçusudur.


Şərhlər