Menu

​ABŞ-ın Türkiyədəki konsulluğuna silahlı basqın

10.08.2015, 10:12
​ABŞ-ın Türkiyədəki konsulluğuna silahlı basqın

Türkiyənin Sarıyer şəhərindəki ABŞ konsulluğunun binasına naməlum şəxslər tərəfindən silahlı basqın edilib.

"Report" xəbər verir ki, bu haqda CNNTürk məlumat yayıb.

Məlumata görə, basqın edənlərdən biri kişi, digəri qadın olub.

Bölgədə genişmiqyaslı əməliyyat keçirilib. Ərazidə çoxlu sayda təcili yardım maşınlarının olduğu da bildirilir.

Silahlı basqın hadisəsindən sonra konsulluğun binasında bomba axtarışı ilə bağlı əməliyyat da keçirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol