Menu

10 gün əvvəl batan şəxsin meyiti tapıldı

10.08.2015, 10:18
10 gün əvvəl batan şəxsin meyiti tapıldı

FHN əməkdaşları 10 gün əvvəl Samur-Abşeron kanalında batan şxsin cəsədi çıxarılıb.

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları 10 gün əvvəl dənizdə çimərkən batan şəxsin meyitini dünən batdığı ərazidən təxminən, 2 km aralıdan çıxarıblar.

30 iyul 2015-ci il tarixində Samur-Abşeron kanalının Sumqayıt şəhəri ərazisindən keçən hissəsində çimərkən batan 1995-ci il təvəllüdlü Vüqar Rövşən oğlu Paşayevin axtarışları başa çatıb.

V.Paşayevin cəsədi nazirliyin Dövlət Sularda Xilasetmə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc xilasediciləri tərəfindən batdığı yerdən, təxminən, 2 km aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Xatırladaq ki, iki gün əvvəl də Lənkəranda da dəniz kənarında kişi meyiti tapılmışdı. Boğulan şəxsin keçmiş hərbiçi olduğu məlum olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol