Menu

PKK Türkiyədə hərbi helikopteri atəşə tutub: 1 əsgər şəhid oldu

10.08.2015, 13:33

pkk-qarabagTürkiyənin Şırnaq vilayətində terrorçular hərbi helikopteri atəşə tutublar.

APA-nın “Milliyet”ə istinadən verdiyi xəbərə görə, Beytüşşebap bölgəsində hərbçiləri daşıyan helikopter raket hücumuna məruz qalıb. Nəticədə 1 hərbçi şəhid olub, 1 nəfər isə yaralanıb.

Şırnaq Hərbi Hospitalına gətirilən yaralı əsgərin müalicəsi davam etdirilir.

Hadisədən dərhal sonra Türkiyə Silahlı Qüvvələrinə məxsus helikopterlər PKK terror təşkilatının ərazidəki mövqelərini atəşə tutub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol