Menu

Ssənədsiz yemiş satan azərbaycanlını saxladılar

10.08.2015, 16:24
Ssənədsiz yemiş satan azərbaycanlını saxladılar

Baranoviç bazarında (Belarus şəhəri –red.) azərbaycanlıdan 500 kq yemiş müsadirə ediblər.

Oxu.Az xəbər verir ki, kişinin satış üçün lazımi sənədləri olmayıb.

Avqustun 8-də səhər, Çernışevski küçəsində yerləşən “Kooperativni” bazarında hüquq-mühafizə orqanlarının və vergi inspeksiyasının əməkdaşları yemiş satan 50 yaşlı Azərbaycan vətəndaşını saxlayıblar.

Malın satılması üçün satıcıda lazımi sənədlər olmayıb. Ümumilikdə 10 milyon rubl dəyərində 500 kq yemiş müsadirə edilib.

Yoxlama aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol