Liviyada içərisində bomba quraşdırılmış avtomobilin partlaması nəticəsində on nəfər həlak olub. Terror aktının İŞİD yaraqlıları tərəfindən törədildiyi bildirilir. Bu barədə Frans Press agentliyi məlumat yayıb.
"Derna şəhərində avtomaşının partladılması nəticəsində on nəfər həlak olub, onlarla insan yaralanıb", — deyə, yerli tibb xidmətinin nümayəndəsi agentliyə bildirib.
İŞİD artıq yaydığı bəyanatda terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.


Şərhlər