Beynəlxalq ordu oyunları çərçivəsində “Xəzər Kuboku -2015” başa çatıb. Qalib Rusiya HDD raket gəmisinin ekipajı “Qrad Sviyajsk”dır.
“Beynəlxalq “Xəzər Kuboku -2015” müsabiqəsinin nəticələrinə görə, birinci yerə Rusiya HDD-nin “Qrad Sviyajsk” kiçik raket gəmisi çıxıb. İkinci yerdə Qazaxıstan HDQ-nin “Sarıarka”raket-artilleriya gəmisi, üçüncü yeri Azərbaycan HDQ “G-124” patrul-keşikçi gəmisi tutub. Bu barədə RF Müdafiə Nazirliyi Hərbi-Dəniz Donanması mətbuat xidməti və informasiya İdarəsinin nümayəndəsi İqor Dıqalo bildirib.
Birinci tur zamanı gəmilər dəniz, hava hədəflərinə və üzən minaya artilleriya atəşi açmaqla müsabiqə tapşırıqlarını yerinə yetiriblər.
İkinci mərhələdə Rusiya, Qazaxıstan və Azərbaycandan olan ekipajlar müxtəlif dəniz tapşırıqlarını yerinə yetiriblər. TASS bildirir.
Beynəlxalq ordu oyunları avqustun 1-də Alabinoda start götürüb. Yarışlar Rusiyada 11 poliqonda keçirilir. Oyunlarda dünyanın 17 ölkəsindən 2 mindən çox hərbçi iştirak edir. Onlar səhra, hava və dəniz təlimləri üzrə 14 müsabiqədə iştirak edirlər. Oyunlar avqustun 15-də başa çatacaq. /"Turan"


Şərhlər