Menu

Almaniya 2015-ci ildə silah ixracını 2 dəfə artırıb!

10.08.2015, 21:32

Almaniya-bundestaqXarici KİV-in məlumatına görə, 2015-ci ilin birinci yarısında Almaniya Federativ Respublikasındən (AFR) silah ixracı əhəmiyyətli dərəcədə artıb. İlin ilk 6 ayında AFR hökuməti silah satışı üzrə 6,35 milyardlıq sövdə sənədlərini təsdiqləyib. 2015-ci ildə ixrac olunan silahların ümumi dəyəri demək olar, ötən ilki göstəriciyə - 6,5 milyard dollara çatıb (Rosbalt).

Artıma konkret misal olaraq, Səudiyyə Ərəbistanına silah satışının dinamikasını önə çəkmək olar. Belə ki, bu ölkəyə silah satışının həcmi 65 milyon dollardan 177 milyon dollara yüksəlib. Amma burada əsas məsələ məhz hansı silahların satışıdır.

lkənin iqtisadiyyat nazirliyinin məlumatına görə, cari ildə hərbi sahə üzrə ixracın kəskin artması ilk növbədə, NATO üzvü və alyans üzrə həmkar ölkə olan Böyük Britaniyaya 4 ədəd yanacaqyükləyən təyyarənin satışı ilə bağlıdır.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol