Menu

BP-nin azərbaycanlı işçiləri azalıb

11.08.2015, 12:24
BP-nin azərbaycanlı işçiləri azalıb

Qeyd edək ki, ötən ilin eyni dövründə BP-də şirkətin birbaşa işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2 912 nəfər idi. Son bir ildə, BP şirkətinin birbaşa işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 46 nəfər azalıb.

“BP Şirkətin Azərbaycanda ixtisaslı daimi işçilərinin təxminən 86%-ni yerli mütəxəssislər təşkil edir ki, bunların da çoxu rəhbər vəzifələrdədir”,- Şirkətin məlumatında deyilir.

Bundan əlavə, BP-nin 2018-ci ilin sonunadək ixtisasalı işçilərinin 90%-ni milli kadrlar təşkil edəcəyi barədə öhdəliyi var. Bu o deməkdir ki, ixtisaslı işçi tələb edən bir sıra vəzifələrdə yerli kadrlar xarici vətəndaşları əvəz edəcəklər. İxtisası olmayan işçilər isə artıq 100% yerli vətəndaşlardan ibarətdir. İşçilərin milliləşdirilməsi planına həmçinin BP-nin təlim və inkişaf proqramlarının daha da optimallaşdırılması, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak, iş icrasının idarə olunması üzrə şirkətdaxili prosesin daha da gücləndirilməsi daxildir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol