Menu

Xalq artisti Muxtar Maniyevin ayağı amputasiya olundu

11.08.2015, 15:26
Xalq artisti Muxtar Maniyevin ayağı amputasiya olundu

Xalq artisti Muxtar Maniyevin ayağı amputasiya olunub. M.Maniyevin xanımı Nəsibə Maniyevanın APA-ya verdiyi məlumata görə, xalq artisti bu gün Elmi Cərrahiyyə Mərkəzində əməliyyat olunub: “Əməliyyat sol ayağından olunub. Sol ayaq topuq nahiyyəsindən amputasiya olunub. Bir müddət əvvəl barmağında qaralma var idi. Biz düşünürdük ki, ən pis halda barmaq kəsilər, amma mümkün olmadı. Həkimlər əməliyyatı vacib hesab etdilər. Əgər ayaq amputasiya olunmasaydı, qanda zəhərlənmə ola bilərdi, bu da yuxarı ətrafların səradan çıxmasına gətirib çıxarardı”.

Həyat yoldaşı bildirib ki, M.Maniyev hazırda reanimasiyadadır: “Ümid edirik ki, reanimasiyadan palataya yerləşdirilməsi çox çəkməyəcək. Baş həkimə də, həkimlərlə də danışmışıq, əllərindən nə gəlirsə, edirlər”.

Qeyd edək ki, M.Maniyev avqustun 6-da xəstəxanaya yerləşdirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol