Menu

Neft Fondu bu gün daha 8 milyon dollar itirdi

12.08.2015, 10:57
Neft Fondu bu gün daha 8 milyon dollar itirdi

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Çinin milli valyutası - yuanın devalvasiyasının davam etməsi səbəbindən bu gün daha 8 mln. ABŞ dolları itirib.

"Report" xəbər berir ki, avqustun 12-də Çin Mərkəzi Bankı yuanı daha 1,62% devalvasiya edib. Bu qərardan sonra ARDNF Çin istiqrazlarına 500 mln. dollarlıq yatırımı 8 mln. dollar dəyərdən düşüb.

Dünənki devalvasiya da nəzərə alınmaqla, son iki gündə ARDNF-in zərəri 18 mln. dollara yaxın olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol