İsveçdə qalmaqallı "WikiLeaks" saytının təsisçisi Culian Assanjın üzərindən ona qarşı sürülmüş dörd ittihamdan üçü götürülüb. Sözü gedən ittihamlar seksual xarakterli cinayətlərin törədilməsi ilə əlaqədardır. Anspress-in məlumatına görə, qərar İsveç qanunvericiliyinə əsasən ittihamların irəli sürülməsindən 5 il ötməsi ilə əlaqədardır.
Bu barədə İsveç prokurorluğunun nümayəndəsi məlumat yayıb.
2012-cü ildə Assanj İsveçə ekstradisiyadan boyun qaçırmaq məqsədi ilə Londondakı Ekvadorsəfirliyində sığınacaq istəyib. O zaman "Wikileaks" təsisçisi zorlama maddəsi ilə ittiham edilib.
Wikileaks saytının təsisçisi Culian Assanj
Culian Assanj tərəfindən zorlanıldığı iddia edilən qadın öz vəkili vasitəsi ilə ittihamalrın götürülməsini ədalətsizlik adlandırıb.
"O avstraliyalının törətdiyi cinayətə görə cəzalandırılmasını istəyir. Digər tərəfdən isə o məhkəməyə gəlmək arzusunda deyil", - deyə vəkil bildirib.
İsveçin göndərdiyi sorğu əsasında Assanjı həbs etmək üçün məqam gözləyən Britaniya polisi Ekvador səfirliyinin mühafizəsinə artıq 18 milyon dollar xərcləyib. Birləşmiş Krallığın xarici işlər naziri Hüqo Svayrın sözlərinə görə, "Wikileaks" təsisçisi ətrafında yaranmış vəziyyət çox məyusedicidir və külli miqdarda vəsaitin xərclənməsini tələb edir.
Əvvələr Culian Assanjın Fransa prezidenti Fransua Ollanda müraciət edərək onun ölkəsində sığınacaq istəyib.
Culian Assanj məhkəmə binası qarşısında


Şərhlər